50 min manatlıq test kitabçası və metodiki materiallar hədiyyə olundu
21 dekabr 2010 16:24 (UTC +04:00)

50 min manatlıq test kitabçası və metodiki materiallar hədiyyə olundu

TQDK-da məcburi köçkün rayonlarının təhsil şöbələrinin nümayəndələri və internat məktəblərinin direktorları ilə görüş keçirilib


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Füzuli, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Şuşa, Xocalı, Kəlbəcər və Xocavənd rayon təhsil şöbələrinin nümayəndələri və respublika internat məktəblərinin direktorları ilə görüş keçirilib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə bu kateqoriyadan olan tədris müəssisələrinin məzunlarının ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında göstəriciləri barədə məlumat verib, onların nailiyyətləri, problemləri barədə fikir mübadiləsi aparılıb.


Ayrı-ayrı bölgələrdə yerləşən məcburi köçkün və internat məktəblərinin nümayəndələrinin iştirakını təmin etmək üçün tədbir TQDK-nın regional bölmələrində paralel olaraq keçirilib və TQDK-nın inzibati binası ilə canlı videobağlantı qurulub. Bununla da onlar TQDK rəhbərliyinə qəbul imtahanları barədə fikirlərini, rəy və təkliflərini bildirib, onlar üçün maraq doğuran məsələlərə dair suallar ünvanlayıblar.


TQDK tərəfindən 500 məcburi köçkün və internat məktəbinə ümumi dəyəri 50 min manat olan Komissiya tərəfindən nəşr olunmuş siniflər üzrə test kitabçaları və digər metodiki materiallar hədiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820

Oxşar yazılar