TQDK gələn ilin yanvarında sınaq imtahanı keçirəcək
21 dekabr 2010 16:23 (UTC +04:00)

TQDK gələn ilin yanvarında sınaq imtahanı keçirəcək

İlk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavabları təhlil olunacaq


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il yanvarın 23-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində sınaq imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sınaq imtahanlarının keçirilməsində məqsəd ilk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavablarını təhlil etməkdir.


Yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər. Bunun üçün abituriyentlər TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. Həmin kartları respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək mümkün olacaq. Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılacaq. “Visa/Visa Electron” v ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala biləcək. Sonrakı sınaq imtahanlarının isə müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar