Ankarada “Türk dilində danışan ölkələrin media forumu” işinə başlayıb
Bu gün Ankarada “Türk dilində danışan ölkələrin media forumu” işinə başlayıb.
APA-nın xəbərinə görə, tədbir Türkiyə Nazirlər Kabinetinin Media və İnformasiya Baş İdarəsinin və Türkiyə Xarici İşlər Nazirliyi (XİN) nəzdindəki Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətini təmsil edən media mənsublarından ibarət heyətlər iştirak edir.
Türkiyə Nazirlər Kabinetinin Media və İnformasiya Baş İdarəsinin rəisi Murad Karakaya deyib ki, forumda qloballaşan dünyada medianın rolu müzakirə mövzusu olacaq. M. Karakaya bildirib ki, medianın dünyada əhəmiyyətinin artdığı bu dönəmdə türk dilli ölkələrdəki mətbuatın əlaqələrinin artmasına və intensivləşməsinə ehtiyac var.
Türkiyə XİN nəzdindəki Strateji Araşdırmalar Mərkəzinin başqanı Bülənt Aras da türk dilində danışan ölkələrinə məxsus medianın əlaqələrinin intensivləşməsinə ehtiyac olduğunu deyib.
Tədbirdə çıxış edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu toplantının əhəmiyyətindən danışıb. XİN rəhbəri deyib ki, türk dilli ölkələrin medialarının hamısı bir ölkənin problemini öz dərdləri kimi görməlidirlər: “Türk dilli ölkələrdə azad medianın inkişafına ehtiyac var. Əgər biz çağdaş türk dünyası istəyiriksə, o zaman azad medianın inkişafına nail olmalıyıq”.
Türkiyə XİN başçısı bildirib ki, türk ölkələrinin dünyanın informasiya və siyasi mənzərəsində ciddi təsirinin olması üçün dünyada tanınan KİV-lərin sayının artmasına ehtiyac var: “Məncə, bu gün dünyada təsir imkanı olan ilk 100 KİV arasında türk dilli ölkələrin media qurumlarının sayı çox azdır. Bu mənzərə bizi narahat edir”.
Ə. Davudoğlu bildirilib ki, türk dilində danışan ölkələrin vahid qurumunun yaradılmasına və forumun daimi keçirilməsinə ehtiyac var.
Daha sonra Türkiyə baş nazirinin müavini Bülənt Arınc çıxış edib. B. Arınc tədbirə qatılanları salamlayıb və Türkiyədə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb, hazırkı Türkiyə mediasının vəziyyətindən danışıb. B. Arınc deyib ki, hazırda türk ölkələrinin rəsmi mediasının birlikləri var. O, TRT Türk və TRT-Avaz-ın bütün türk dünyasına yayımlandığını bildirib. Eyni zamanda türk dilində danışan ölkələrin xəbər agentlikləri qurumu olduğu, lakin bu qurumun rəsmi xəbər agentliklərini əhatə etdiyini bildirib. B. Arınc deyib ki, bu birliklərin özəl medianı da əhatə etməsinə ehtiyac var.
Sonra Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın foruma təbrik məktubu oxunub.
Qeyd edək ki, tədbirdə Azərbaycandan MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurası sədri Əflatun Amaşov, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Xəzər TV-nin icraçı direktoru Hüseyn Dinləməz, redaktoru Qulu Məhərrəmli, Qafqaz Media Mərkəzinin rəhbəri, jurnalist Sevil Nuriyeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Saatçı, “Yeni Nəsil” JB-nin sədri Arif Əliyev, DJL-nin sədri Yadigar Məmmədli, Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifova, “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Süleyman Ünal, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal iştirak edirlər.

464