Lent.az mükafatlandırıldı
Dekabrın 21-də “Land Mark” Biznes Mərkəzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin 2010-cu ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2010-cu ilin uğurlu keçdiyini bildirib. O, həm gənclər sahəsində, həm də idman yarışlarında çoxsaylı uğur və nailiyyətlərin əldə edildiyini bildirib.
Azad Rəhimova həmçinin qeyd edib ki, 2010-cu il ərzində 100 mindən çox gənc mədəni-kütləvi tədbirlərdə iştirak edib. O, bu il ərzində 200 gənclər təşkilatının qeydiyyatdan keçdiyini də vurğulayıb. A.Rəhimovun sözlərinə görə başa çatmaqda olan il ərzində gənclər təşkilatlarının həyata keçirdiyi 40-dan çox layihəyə 1 milyon manatdan artıq vəsait ayrılıb.
İdman sahəsinə gəlincə A.Rəhimov Sinqapurda keçirilən Yeniyetmələrin Birinci Olimpiya oyunlarının ölkəmiz üçün uğurlu keçdiyini dedi. O, komandamızın 205 ölkə arasında 11-ci yer tutmasının xüsusi vurğulayıb. Eyni zamanda nazir bildirib ki, hazırda ölkə ərazisində 28 olimpiya kompleksi fəaliyyət göstərir və növbəti ildə onların sırasına daha 6 kompleks əlavə olunacaq.
Daha sonra Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fiduyyə Hüseynova il ərzində keçirilən tədbirlərdən və əldə olunan nailiyyətlərdən danışıb.
Tədbirin sonunda gənclər və idman sahəsində göstərdikləri xidmətlərə və oynadıqları rola görə bir sıra qurumlar və şəxslər mükafatlandırılıb. Mükafat alan qurumlar arasında Lent.az İnformasiya Agentliyi də var. Tanınmış şəxslərə gəlincə AFFA-nın baş katibi Elxan Məmmədov və boks yığmamızın keçmiş baş məşqçisi Məmməd Eyvazov da təltif olunanlar arasında yer aldı.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46