Sabah yağış yağacaq
21 dekabr 2010 16:32 (UTC +04:00)

Sabah yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənin hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və səhər az yağış yağacağı, gündüz havanın açılacağı ehtimal olunur.

Cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, əsasən dağlıq rayonlarda arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-9, gündüz 14-19, dağlarda gecə 0-4, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344

Oxşar yazılar