16 kiloqram xama məhv edildi
Süd məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılır
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süd məhsulları bazarında daha bir qanunsuzluq faktı aşkarlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Biləcəri şossesi-54 ünvanda "M&P" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yağlılığı 25 faiz olan xamanın uyğunluq sertifikatı olmadan istehsal edildiyi üzə çıxıb.
Bundan başqa, müəssisədə istehsal olunan qatığın, yağlılığı 20 faiz olan xamanın üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilib. Həmçinin süd məhsullarının müvafiq reseptura olmadan istehsal edildiyi, kəsmiyin qablaşdırılmasında istifadə olunan bükmə materiallarının müşayiətedici sənədlərinin olmadığı müəyyənləşdirilib.
Yoxlama zamanı müəssisədə istehsal olunan camış qatığının etiketində istehlakçıların çaşdırılmasına səbəb olan reklam xarakterli yanlış materiallardan istifadə edildiyi də aşkarlanıb. Belə ki, bu qatığın istehsalında camış südündən istifadə edilməyib. Qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında satışı dayandırılmış 273 kiloqram süd məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib. Uyğunluq sertifikatı olmadan istehsal edilmiş, yağlılığı 25 faiz olan 16 kiloqram xama isə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.
Nazirlikdə bildirirlər ki, süd məhsullarının istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən istehsal edilmiş bu cür məhsulların ticarət şəbəkəsindən geri yığılması, həmçinin müşayiətedici sənədləri olmayan 12,6 min ədəd plastmas qabın süd məhsullarının qablaşdırılmasında istifadəsinin dayandırılması barədə "M&P" firmasına Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara süd məhsulları alarkən diqqətli olmağı tövsiyə edir.
Elxan SALAHOV

424