Prezident İlham Əliyev “Jurnalistlərin dostu” seçildi
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu il dekabrın 1-dən 20-ə kimi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. “Komitədən Lent.az-a verilən məlumata görə, sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib.
Mükafatın Əsasnaməsinə uyğun olaraq, gündəlik qəzetlərə, televiziya kanallarına və informasiya agentliklərinə 2, digər KİV-lərə və jurnalist təşkilatlarına 1 anket vərəqi təqdim olunub. Respondentlərdən “2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?” sualını cavablandırmaq xahiş olunub.
Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “Jurnalistlərin dostu” mükafatına ən layiqli namizəd hesab edib. Sorğunun nəticələrinə görə, “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan 6 faiz səslə ikinci, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə 5 faiz səslə üçüncü yeri tutublar. Respondentlərin adlarını anketlərə daxil etdikləri digər şəxslər ümumi səslərin 8 faizini qazanıblar.
Mükafatın əsasnaməsinə görə, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsində müstəsna xidmətləri olan şəxslər mükafatın laureatı ola bilərlər.
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin “Jurnalistlərin dostu” mükafatının təsis edilməsində əsas məqsəd cəmiyyətdə söz və məlumat azadlığı prinsiplərini inkişaf etdirmək, media ilə dövlət orqanları, özəl qurumlar, ictimai birliklər və siyasi partiyalar arasında əlaqələrin möhkəmlənməsinə köməklik göstərmək, KİV-lərə qayğı ənənələrini stimullaşdırmaqdır. 1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə sabiq prezident Heydər Əliyevə təqdim olunub.

Oxşar yazılar

Bakıda 20 dərəcə isti olacaq - Sabahın HAVASI
13 mart 2025 , 12:15
Su, işıq, qaz ilə bağlı abonent dəyişəndə ödəniş olur? – CAVAB
13 mart 2025 , 10:56
Dumanlı hava nə vaxt bitir? - AÇIQLAMA
13 mart 2025 , 09:40
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 mart 2025 , 08:28
BÜRCLƏRİN ərə getmək istəməyən qadınları: Qız qalmaq RİSKİ
13 mart 2025 , 08:08
Market rəflərində gizli təhlükə – Hər gün nə yeyirik? - VİDEO
13 mart 2025 , 02:01
Martın 13-dən nağıllardakı kimi yaşamağa başlayacaq BEŞ BÜRC: Hamı onlara həsəd aparacaq
13 mart 2025 , 00:01