DAU-nun nümayəndəsi Bakıda səfərdə olub
17 dekabr 2010 18:16 (UTC +04:00)

DAU-nun nümayəndəsi Bakıda səfərdə olub

Doğu Akdeniz Universitetinin (DAU) nümayəndəsi İmran Muxtarov Azərbaycana səfəri çərçivəsində Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitet, Xəzər Universiteti və Bakı Dövlət Universitetində olub.

Lent.az-ın məlumatına görə, DAU ilə Azərbaycan Tələbələr Birliyi arasında imzalanan əməkdaşlıq memorandum çərçivəsində reallaşdırılan səfər çərçivəsində İmran Muxtarov Azərbaycanın müxtəlif məktəblərində şagirdlər üçün təqdimatlar keçirib. Təqdimatlarda ortaya çıxan suallara cavab verilib. İmran Muxtarovun təqdimatlar keçirdiyi məktəblərə arasında 132-134, 23, 160, Bakı Oksford Məktəbi də var.

Səfər zamanı Azərbaycan Tələbələr Birliyinin sədri cənab Elvin Aslanovla da görüşən İmran Muxtarov qarşılıqlı əməkdaşlığın gücləndirilməsi barədə geniş müzakirələr aparıb. Görüşdə gələcəkdə qarşılıqlı səfərlərin təşkili də müzakirə edilib.

Azərbaycan Tələbələr Birliyi üzvləri üçün çox böyük güzəştlər təqdim edən Doğu Akdeniz Universiteti ATB-ni strateji tərəfdaşlar siyahısına daxil edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar