“İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində konfrans-seminar başlayıb
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü ilə “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində 3 günlük konfrans-seminar işinə başlayıb.
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Bakıda və regionlarda fəaliyyət göstərən teleradio kanalları rəhbərləri və təmsilçilərinin qatıldıqları tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb.
Əflatun Amaşov deyib ki, konfrans-seminarın təşkilində məqsəd qlobal iqlim dəyişiklikləri ilə bağlı proseslərin kütləvi informasiya vasitələrində peşəkarlıqla işıqlandırılmasına, bu sahədə ixtisaslı jurnalist kadrların hazırlanmasına dəstək verməkdən və bu sahədə nəzərə çarpan neqativ tendensiyaların aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir. Mütəxəssislərin hesablamalarına görə, mövcud prosesin mənfi təsirlərinin qarşısı alınmasa gələcəkdə aclıq, yoxsulluq kimi problemlər xeyli artacaq. Buna görə də dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, xüsusən də YUNESKO kimi qurumlar vəziyyətə effektiv təsir göstərmək üzərində ardıcıl iş aparırlar. Bu iş isə medianın, əsasən də teleradio kanallarının rolu olmadan mümkün deyil: “Mətbuat Şurası və YUNESKO mövcud reallığı nəzərə alaraq məhz televiziya və radiolarda çalışan jurnalistlər üçün iqlim dəyişikləri mövzusunda seminarın təşkilini həyata keçirir. Azərbaycan KİV-ləri ekologiyanın və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərin işıqlandırılmasına hər zaman böyük diqqət göstərib, KİV-in bu istiqamətdəki potensialının artırılması vacibdir. Konfrans-seminar Azərbaycanın televiziya və radio təmsilçilərinin UNESCO-nun 2009-cu il sentyabrın 4-5-də “Teleradio mediası və iqlim dəyişikliyi” mövzusunda Parisdə keçirdiyi beynəlxalq konfransının deklorasiyasına həmrəylik nümayişi baxımından da əhəmiyyətlidir”.
YUNESKO-nun Azərbaycan Milli Komissiyasının katibi Günay Əfəndiyeva təmsil olunduğu qurumun Azərbaycanla əlaqələrinin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, bu əlaqələrin dərinləşməsində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük rolunun olduğunu vurğulayıb. Günay Əfəndiyeva qeyd edib ki, layihə çərçivəsində jurnalistlər üçün seminarla yanaşı, kitab çapının və saytın hazırlanması da nəzərdə tutulur.
YUNESKO-nun MaB (İnsan və biosfer) Milli Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Urxan Ələkbərov qlobal problem olan iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında elm, təhsil və mədəniyyət amillərinin başlıca rol oynadığını söyləyib. Onun sözlərinə görə, hazırkı dövr ekoloji sivilizasiyalar mərhələsinin başlanması ilə xarakterizə edilir ki, bu prosesdə də medianın rolu olduqca böyükdür.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov bildirib ki, Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü jurnalistləri maarifləndirməklə yanaşı, xeyirxah missiya da daşıyır: “Prezident İlham Əliyevin fərmanı ilə 2010-cu il Azərbaycanda Ekologiya İli elan edilib. Ölkənin hər yerində bu istiqamətli tədbirlər təşkil olunmaqdadır. Lakin jurnalistlərin iştirakı ilə belə bir təşəbbüsün, özü də çox böyük miqyasda, gerçəkləşməsi ilk dəfədir. Cəmiyyətin həmrəyliyi jurnalistlərin həmrəyliyindən keçir”.
Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev də ölkə KİV-lərinin ekoloji məsələlərə daim həssas yanaşdığını, belə tədbirlərin mövcud tendensiyanın daha da möhkəmlənməsinə dəstək olduğunu, əlavə stimul verdiyini dilə gətirib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycanda ekologiya ili çərçivəsində reallaşdırılan tədbirlər barədə ətraflı məlumat verib. Bu tədbirlərin baş tutmasında medianın roluna toxunan nazir müavini təmsil olunduğu qurumun KİV-lərin ekoloji mövzudakı fəaliyyətinə dəstək göstərdiyini, nazirliyin 2010-cu ilin avqustundan başlayaraq ekoloji mövzuda yazan jurnalistlər üçün kurslar həyata keçirdiyini nəzərə çatdırıb. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu UNESCO-nun 2009-cu ilin sentyabrın 4-5-də “Teleradio mediası və iqlim dəyişikliyi” mövzusunda Parisdə keçirdiyi beynəlxalq konfransının deklorasiyası barədə geniş məlumat verib.
Televiziya və radio kanallarının təmsilçiləri “Azərbaycanın televiziya və radio qurumları rəhbərləri və nümayəndələrinin UNESCO-nun “Teleradio mediası və iqlim dəyişikliyi” barədə Paris deklorasiyası ilə həmrəyliyinə dair bəyanatı”nı yüksək qiymətləndirərək onu imzalayıblar. Bəyanata paytaxtda fəaliyyət göstərən telekanalların - İTV, AzTV, ATV, “Space TV”, “Ldier TV”, ANS TV, “Xəzər TV”-nin, bölgə telekanallarından “Kəpəz TV”, “Alternativ TV” (hər ikisi Gəncə), “Aygün TV” (Zaqatala), “Dünya TV” (Sumqayıt), “Xəyal TV” (Quba), “Cənub TV” (Lənkəran), “Mingəçevir TV”, “Kanal S” (Şəki), “El TV” (Yevlax), “RTV’ (Xaçmaz), “Türkel TV”nin (Tovuz) rəhbərləri və məsul şəxsləri imza atıblar.

559