Bakıda zay pendir istehsal edən müəssisə aşkarlandı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsində fiziki şəxs statusu ilə sahibkarlıq fəaliyyəti göstərən O.Quliyevə məxsus sexdə duzlu suda yetişdirilmiş pendir istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, məhsul təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan istehsal olunur.
Müəssisədə texnoloji prosesin pozulması faktı aşkarlanıb. Pendirin yetişmə müddətinə (60 gün) riayət olunmur və məhsul müəyyən edilmiş qaydalara uyğun yetişdirilmir. Yoxlama zamanı istifadə olunan xammalların uyğunluq sertifikatlarının olmadığı, məhsulun qablaşdırılmasında istifadəsinə icazə verilməyən təkrar qablardan istifadə olunduğu, anbarda hazır məhsulun sanitariya norma və qaydalarına riayət olunmadan saxlanıldığı, markalanmanın normativ sənədin tələblərinə uyğun aparılmadığı müəyyən edilib.
Nöqsanların aradan qaldırılması üçün müəssisənin rəhbərinə inzibati qaydada protokol tərtib edilib.

Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33