Türkdilli Ölkələrin Media Birliyi yaradılacaq
Türkdilli Ölkələrin Media Forumunda Türkdilli Ölkələrin Media Birliyinin yaradılması barədə qərar qəbul edilib.
Bunu Lent.az-a açıqlamasında dekabrın 21-22-də Ankarada Türkdilli Ölkələrin Media Forumunda iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib.
O bildirib ki, bu məqsədlə formalaşdırılan xüsusi İşçi Qrupu yaxın vaxtlarda yenidən Türkiyədə toplaşacaq və yeni qurumun yaradılması ilə bağlı müzakirələr aparacaq. Forumda eyni zamanda belə tədbirlərin hər il türkdilli ölkələrdən birində təşkili də qərara alınıb.

443