Mənşəyi bəlli olmayan yeni il hədiyyələri
23 dekabr 2010 13:35 (UTC +04:00)

Mənşəyi bəlli olmayan yeni il hədiyyələri

56 ədəd hədiyyə satışdan çıxarılaraq məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən yeni il hədiyyələri ilə bağlı monitorinlər davam etdirilir.

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, keçirilən monitorinqlər zamanı Bakının Binəqədi rayonunda 7-ci mikrorayon, S.Axundov küçəsi, 3C ünvanında yerləşən “Bona market”də, S.S.Axundov küçəsi, 13/37 ünvanındakı “Elşad 443 market”də, Nərimanov rayonunda Ə.Rəcəbli prospekti, ev 13, mənzil 100 ünvanında yerləşən “Brand market’də, Xətai rayonunda Babək prospekti, 2345-ci məhəllədə yerləşən “Məhəllə market”də ümumi çəkisi 17 kiloqrama yaxın olan 56 ədəd mənşəyi bəlli olmayan Yeni il hədiyyəsi aşkarlanıb.

Yeni il hədiyyələri satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara Yeni il hədiyyəsi alarkən diqqətli olmağı, hədiyyə qutularının üzərində istehsalçının adı, ünvanı, hədiyyənin tərkibi, istehsal tarixi, saxlama müddəti və s. məlumatların olmasına diqqət yetirməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 353

Oxşar yazılar