Bakıda zay süd məhsulları istehsal edən müəssisə aşkarlandı
Turşuluq dərəcəsi normaya uyğun olmayıb, resepturalar mövcud deyil, markalanmada ciddi nöqsanlar var
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Dağıstanlı küç.118 ünvanında yerləşən fiziki şəxs Z.Sənalının rəhbərlik etdiyi müəssisədə süd məhsullarının istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, istehsal üçün lazımı şərait olmaması ilə yanaşı, müəssisə tələb olunan normativ sənədlərlə də təmin edilməyib, məhsullar üçün resepturalar mövcud deyil, markalanmada ciddi nöqsanlar var.
Hazır məhsullardan seçilib götürülmüş nümunələrin Komitənin Təcrübə-Sınaq Mərkəzində müayinəsi zamanı məlum olub ki, məhsul normativ sənədin (AZS 220 - 2006) tələblərinə cavab vermir. Götürülmüş nümunədə (dovga) fiziki-kimyəvi göstəricilərindən normativ sənədlə nəzərdə tutulmuş turşuluq dərəcəsi 90-1300T olduğu halda nümunədəki göstərici 550T olub. Aşkar olunan nöqsanların aradan qaldırılması üçün qanunamüvafiq qaydada tədbirlər görülüb.

Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20