DSMF 87 təşkilatı məhkəmə verib – EKSKLÜZİV
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri Sığortaedənlərlə İş üzrə Departamenti debitor borcların alınması üçün 87 sığorta edənə qarış məhkəmə orqanlarında iddia qaldırıb.
Lent.az-ın məlumatına görə, bu ilin 11 ayı ərzində departament tərəfindən 19,5 milyon manat debitor borcun alınmasına baxmayaraq, bəzi nazirlik və şirkətlər tərəfindən bu borcların artımına yol verilib. Həmin təşkilatlar arasında bəzi nazirliklər və dövlət şirkətləri də var. Məsələn, Müdafiə Sənayesi Nazirliyi tərəfindən 1,5 milyon manat, Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarından 1 milyon manata yaxın, özəlləşdirməyə verilmiş təşkilatlar tərəfindən isə 0,7 milyon manata qədər cari borcların artımı baş verib.
Hazırda DSMF-nin müvafiq strukturu borcların yığılması istiqamətində iş aparır. Bundan başqa, məcburi dövlət sosial sığorta haqqını ödəməyən 380 müəssisəsinin hesabına inkassa sərəncamı qoyulub. Bu isə o deməkdir ki, həmin müəssisələrin banklardakı hesablarına daxil olan vəsaitləri birbaşa DSMF-nin hesabına yönəldiləcək.
Elxan SALAHOV

Oxşar yazılar

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04