Türkiyədə ARDNŞ-ə məxsus müəssisədən orijinal addım
23 dekabr 2010 12:10 (UTC +04:00)

Türkiyədə ARDNŞ-ə məxsus müəssisədən orijinal addım

“Petkim”in nəzdində “Siqareti Atma Poliklinikası” açıldı



Nəzarət-səhm paketinin ARDNŞ-ə məxsus olduğu Türkiyənin “Petkim Petrokimya Holdinq” şirkəti siqaretə qarşı mübarizəyə başlayıb.


Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, siqaretdən istifadənin insanların səhhətinə ağır təsir göstərdiyini nəzərə alan “Petkim” rəhbərliyi bu günlərdə xeyirxah bir layihəyə imza ataraq şirkətin nəzdində “Siqareti Atma Poliklinikası” yaradıb.


Poliklinikanın açılışında çıxış edən Türkiyənin “9 Eylül” Universitetinin Tibb fakültəsinin professoru, İzmir bölgəsi Tütün Qurumunun rəhbəri doktor Oğuz Kılıç belə bir layihənin Türkiyədə ilk dəfə gerçəkləşdirildiyini vurğulayıb və digər şirkətlərin də bundan nümunə götürməsini vacib sayıb. Türkiyədə 17 milyon insanın siqaret çəkdiyini bildirən Kılıç son 20 ildə bu rəqəmin 80 artdığını deyərək, təhlükənin nə dərəcədə böyük olduğunu nəzərə çatdırıb.


Poliklinikanın açılmasında göstərdiyi böyük dəstəyə görə professor Oğuz Kılıça təşəkkürünü bildirən “Petkim Petrokimya Holdinq”in baş direktor yardımçısı Xədicə Kayqın Şirkətdə 2011-ci ilin “Siqaretsiz İl” elan olunduğunu, əməkdaşların sağlamlığının mühafizəsi üçün lazım gələn hər şeyi etdiklərini söyləyib. Bəzi hallarda siqareti atmaq istəyən insanların vaxt tapmaq imkanlarının məhdud olduğunu deyən Xədicə Kayqın məhz bu səbəbdən 24 saat işləyəcək belə bir poliklinikanın yaradıldığını bildirib.


Açılış günü artıq 3 nəfərin müalicə üçün qeydiyyatdan keçib. Xədicə Kayqın onların uğurlarının digər əməkdaşlar üçün də stimul olacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar