Sabah hava isti və yağmursuz olacaq
23 dekabr 2010 12:58 (UTC +04:00)

Sabah hava isti və yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 24-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur.

Cənub-qərb, qərb küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 8-10, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, dekabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı ehtimal olunur. Qərb küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-8, gündüz 14-18, dağlarda gecə 0-4, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443

Oxşar yazılar