“Facebook”da “Təhsil bizim gələcəyimizdir”
23 dekabr 2010 11:57 (UTC +04:00)

“Facebook”da “Təhsil bizim gələcəyimizdir”

Dekabrın 23-də Gənclər üçün Təhsil Mərkəzi “Facebook” sosial şəbəkəsinin üzvləri arasında təşkil etdiyi “Təhsil bizim gələcəyimizdir” adlı profil müsabiqəsinin yekunlarına həsr olunmuş mərasim keçirildi.

Sosial şəbəkələr vasitəsilə gənclərin müasir təhsilimizlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaq məqsədi daşıyan müsabiqə cari ilin oktyabr ayından başlayaraq, 1 ay davam edib. Mərasimdə qeyd edilmişdir ki, müsabiqəyə 30-dan artıq müxtəlif profil şəkilləri göndərilib. Seçim komissiyası onlardan yalnız birini müsbət dəyərləndirərək, qalib elan edib.

Mərasimdə çıxış edən Mərkəzin direktor müavini Elnur Axundov bildirib ki, bu müsabiqə dolayısı ilə “Facebook”dan səmərəli istifadəni təşviq edir. Çünki sosial şəbəkələrdə apardığımız müşahidələr bizə imkan verir ki, minlərlə gəncin həmin şəbəkələrdən səmərəsiz istifadə etdiyi haqda fikirlər söyləyək.

Digər çıxış edən mərasim iştirakçıları da bu tip müsabiqələrin əhəmiyyətindən və sosial şəbəkələrdəki mövcud problemlərdən danışıb.

Sonda müsabiqənin qalibi Xəyalə Məmmədova Mərkəzin diplomu və hədiyyəsi ilə təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar