Sabah hava dumanlı olacaq
16 dekabr 2010 10:13 (UTC +04:00)

Sabah hava dumanlı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur.

Cənub-qərb küləyinin əsəcəyi, yarımadanın bəzi yerlərində arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-11, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyinin əsəcəyi, dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 5-10, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar