Paytaxt polisindən Aşura xəbərdarlığı
15 dekabr 2010 18:32 (UTC +04:00)

Paytaxt polisindən Aşura xəbərdarlığı

Bakı şəhər Baş Polis İdarəsində Aşura mərasimləri ilə əlaqədar paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar tədbirlər planı hazırlanıb. Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Yaşar Əliyev deyib.

Bakı şəhərində Aşura mərasimlərinin keçiriləcəyi yerlərin dəqiqləşdirildiyini qeyd edən Y. Əliyev ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həmin ərazilərdə əlavə polis naryadlarının təyin olunacağını bildirib: “Bununla əlaqədar müvafiq tədbirlər planı hazırlanıb. Dini mərasimlərin keçirildiyi yerlərdə hüquq normalarının pozulmasının qarşısını almaq məqsədi ilə profilaktiki tədbirlər həyata keçiriləcək. Müəyyən edilmiş yerlərdən başqa ərazilərdə mərasimlərin keçirilməsinə yol verilməyəcək”.

Rəis müavini Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə sabah paytaxt polisinin gücləndirilmiş iş rejimində çalışacağını, ictimai asayişin lazımı şəkildə təmin ediləcəyini qeyd edib.

Y. Əliyev dekabrın 16-da Dövlət Yol Polisinin də gücləndirilmiş iş rejimində çalışacağını, paytaxtda nəqliyyatın hərəkətinin tənzimlənəcəyini söyləyib: “Mərasimlərin keçiriləcəyi yerlərdə və onun ətrafındakı ərazilərdə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədi ilə Dövlət Yol Polisi tərəfindən lazımı qüvvələr ayrılıb. Mərasimlərlə əlaqədar bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1266

Oxşar yazılar