Bu gün Aşuradır
Dekabrın 16-sı Məhərrəm ayının 10-cu günü tamam olur. Bununla əlaqədar Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə qana ehtiyacı olan xəstələrə yardım üçün könülü qanvermə aksiyaları keçiriləcək.
Səhiyyə Nazirlindən Lent.az-a bildiriblər ki, aksiyalar Bakı şəhərində “Mir-Mövsüm ağa”, “Təzə pir”, “Bibi-Heybət”, “Qaraçuxur”, “Cümə”, “Soltan-Əli” məscidlərində, Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, Sumqayıt məscidi, Gəncə İmamzadə məscidi, Lənkəran məscidi, Şirvan məscidi, Mingəçevir məscidi, Şəki məscidi, Bərdə məscidi, Quba məscidində keçiriləcək. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.
Xatırladaq ki, 1368 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə həlak olub. Onlar Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib.
Elxan SALAHOV

552