İki sexdə çörək istehsalı və satışı dayandırıldı
Taxıl məhsullarının keyfiyyəti və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakının Nizami rayonunda, Səfərov küçəsi-72 ünvanında Süleyman Adıgözəlova məxsus sexdə çörəyin istehsalı və satışının qanunauyğunluğu yoxlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yoxlama zamanı müəssisədə antisanitariya şəraitinin hökm sürdüyü, yeyinti məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı, istehsal edilən məhsulların dövri laborator müayinəsinin aparılmadığı müəyyənləşib. Müəssisədə istehsal edilmiş dairəvi çörəklərdən nümunələr götürülərək laborator müayinəyə göndərilib. Müayinə nəticəsində məlum olub ki, müəssisədə istehsal edilmiş dairəvi çörəklərin turşuluğu və məsaməliliyi normadan azdır.
Dövlət Xidmətinin Nizami küçəsi-116 ünvanda Elşad Quliyevə məxsus sexdə apardığı yoxlamada isə çörəklərin gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi üzə çıxıb.
Hər iki müəssisədə qanun pozuntusu ilə əlaqədar, çörək istehsalı və satışının dayandırılması barədə Süleyman Adıgözəlova və Elşad Quliyevə icrası məcburi göstərişlər verilib.
Elxan SALAHOV

Oxşar yazılar

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin
21 iyul 2025 , 19:46
Xoş XƏBƏR: Sabah əsəcək külək istinin təsirini azaldacaq
21 iyul 2025 , 19:07
İyulun 21-də yeni həyata başlayacaq BÜRCLƏR: Keçmişlə vidalaşacaqsınız
21 iyul 2025 , 18:39
Müəllimlərin işə qəbulunun NƏTİCƏLƏRİ
21 iyul 2025 , 18:09
Vanqa və "yaşayan Nostradamus"dan 2025-ci il üçün eyni sensasiyalı PROQNOZ
21 iyul 2025 , 17:12
Bakıda bu avtobus zolaqlarında sərnişin düşürməyə icazə verildi
21 iyul 2025 , 15:58
Bakı metropoliteninə yeni mətbuat katibi təyin edildi
21 iyul 2025 , 15:18