Kür çayı yaxınlığında buxta qalıqları tapıldı!
Qədim Gəncə şəhərinin yerləşdiyi, Samux rayon ərazisində olan “Şəhər burnu” adlanan ərazilərdə aparılan arxeoloji qazıntı işləri zamanı Gəncə şəhərinin antik və erkən orta əsrlərdə mövcud olduğunu təsdiqləyən materiallar üzə çıxarılıb.
Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytına istinadən verdiyi məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Gəncə arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru, professor Arif Məmmədov bildirib ki, ərazidə aşkar olunan arxeoloji materiallarda Gəncənin IX əsrə qədər, yəni antik və erkən orta əsrlər dövrü haqqında geniş məlumatlar verilir.
Onun sözlərinə görə, İsaq Cəfərzadə 1938-1940-cı illərdə Gəncədə arxeoloji qazıntılar aparanda Gəncə ətrafında daş çömçə və iskənənin tapılması haqda məlumat verib. Bu vaxta qədər istər yazılı mənbələrdə, istərsə də arxeoloqların verdiyi məlumatlarda Gəncənin ancaq IX əsrdə mövcud olması bildirilib və bu ki, böyük şübhə doğurub: “Çünki orta əsrlərdə 300-350 min əhalisi olan bir şəhər birdən-birə formalaşmayıb, yəni əvvəldən burda qədim zamanlardan daha möhkəm bir şəhər olub ki, bu tədricən inkişaf edərək Azərbaycanın böyük bir şəhərinə çevrilib”.
Arif Məmmədov Kür çayının sağ sahilində Mingəçevir Su Anbarına tökülən hissəsinə yaxın yerləşən “Şəhər burnu” adlanan ərazidə aparılan arxeoloji tədqiqatların bu fikri təsdiqləməyə imkan verdiyini bildirib: “Burda aparılan tədqiqatlar antik dövrdə və erkən orta əsrlərdə Gəncənin indiki ərazidə olduğunu sübut etməyə əsas verdi. Biz Kür çayı yaxınlığında buxta qalıqları tapmışıq. Bu buxtanın vaxtilə bura Kür çayı vasitəsilə gələn gəmilərin yan alması üçün istifadə olunub. Biz həmin buxtanın yaxınlığında kiçik hücrələr də aşkara çıxarmışıq ki, bu hücrələr həm alış-veriş üçün, həm də əlavə malların yığılması üçün istifadə edilib”.
Aşkar olunan materialların əksəriyyətinin eramızdan əvvəl IV-III əsrlərə aid olduğunu söyləyən Arif Məmmədov materialların həm antik, həm erkən orta əsrlərdə Gəncədə gur insan yaşayış məskənlərinin mövcudluğunu, şəhərin sənətkarlıq və iri ticarət mərkəzi olduğunu təsdiqlədiyini vurğulayıb.
Qeyd edək ki, ərazidə aparılan arxeoloji qazıntılar zamanı maral buynuzu formasında bəzək əşyaları, üçayaqlı qablar, iri sütun altlıqlar, buxtalar, möhür formalı naxış qablar, antik çıraqlar, küp və xeyli sayda saxsı qablar aşkar olunub.

837