Türkiyənin tanınmış şoumeni Mehmet Ali Erbilin "Məşhur olmaq üçün məndən istifadə etdi" sözləri ilə gündəmə gətirdiyi Eylem Çelik məsələ ilə bağlı ilk dəfə danışıb.
Lent.az xəbər verir ki, sosial media fenomeni Erbilə qarşı hüquqi addım atacağını bildirib.
Bundan başqa "Canlı Magazin"ə açıqlama verən Eylem Çelik deyib ki, Mehmet Ali Erbil ona davamlı olaraq İnstaqram vasitəsilə mesajlar yazırdı. Çelik bildirib ki, tələbə olduğunu və aktyorluqla maraqlandığını dedikdən sonra Erbil ona iş üçün görüşməyi təklif edib.
Onun sözlərinə görə, əvvəlcə İstanbulun İstinye səmtində birlikdə qəhvə içiblər. Daha sonra Mehmet Ali Erbil bəzi sənədləri ona təqdim edəcəyini deyərək evinə dəvət edib.
Eylem Çelik iddia edib ki, hamamdan çıxdıqdan sonra Mehmet Ali Erbil qəfil canlı yayım açıb. O bildirib ki, bu vəziyyətdən narahat olduğu üçün dərhal evi tərk edib.
Çelik Mehmet Ali Erbilə qarşı məhkəməyə müraciət edəcəyini də açıqlayıb. O, "Mənə atdığı böhtana görə insanlar arasında pis tanınıram. Buna görə də onun barəsində şikayət edəcəyəm", - deyə bildirib.