Lent.az -ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu uşağa görə ödənilən alimentin lazımsız yerə xərclənməsi ilə bağlıdır.
Boşandıqdan sonra uşağa görə ödənilən alimenti lazımsız yerlərə xərcləyən valideynə qarşı necə tədbir görmək olar?
Lent.az xəbər verir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.