Vizasnın müddəti bitən qadın iki övladı ilə 7 il mağarada gizləndi - "Qızım da burada doğulub"
17 iyun 2026 13:11 (UTC +04:00)

Vizasnın müddəti bitən qadın iki övladı ilə 7 il mağarada gizləndi - "Qızım da burada doğulub"

0

Hindistanda polis əməkdaşları meşəlik ərazidə həyata keçirdikləri yoxlama zamanı qeyri-adi mənzərə ilə qarşılaşıblar. Qokarna bölgəsindəki mağaranın ətrafında asılmış rəngarəng paltarları görən polis əməkdaşları mağaraya yaxınlaşdıqda içəridə bir qadın və iki azyaşlı uşağın yaşadığını müəyyən ediblər. Aparılan araşdırma nəticəsində isə 7 illik gizli həyat hekayəsi üzə çıxıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 40 yaşlı Rusiya vətəndaşı Nina Kutina və onun 6 və 5 yaşlı qızları Karnataka ştatının cənubundakı meşəlik ərazidə aşkar ediliblər.

Polis əməkdaşları qadına mağarada yaşamağın təhlükəli olduğunu izah etdikdən sonra onun istəyi ilə Nina Kutina və qızları yaxınlıqdakı kənddə yerləşən sığınacağa aparılıblar. Lakin qadın ailəsinə aid rəsmi sənədləri təqdim edə bilmədiyi üçün əlavə sorğu-sual başlanıb. Kutina pasportunun mağarada qaldığını bildirib. Polis mağaraya qayıtdıqda onun pasportunu və 2017-ci ildə müddəti bitmiş vizasını tapıb.

Araşdırma zamanı məlum olub ki, Nina Kutina 2016-cı ildə altı aylıq iş vizası ilə Hindistanın Qoa ştatına gəlib və icazə verilən müddətdən daha uzun müddət ölkədə qalıb. Daha sonra Nepalda yaşayan qadın 2020-ci ildə yenidən Hindistana qayıdıb.

Rəsmi məlumatlara görə, Kutinanın böyük oğlu 2024-cü ildə velosiped qəzasında 21 yaşında həyatını itirib. Onun 11 yaşlı digər oğlunun isə harada olduğu bilinmir. Qadının böyük qızının Ukraynada, kiçik qızının isə Hindistanda dünyaya gəldiyi bildirilir.

Nina Kutina mediaya açıqlamasında mağarada yaşamaqdan məmnun olduqlarını deyib:“Təbiətdə və meşədə yaşamaqla bağlı böyük təcrübəmiz var və sağ qalmışıq. Qızlarımı ölmələri üçün meşəyə gətirməmişəm. Birlikdə rəsm çəkirdik, oynayırdıq, rəqs edirdik və dadlı yeməklər hazırlayırdıq. Onlar özlərini pis hiss etmirdilər, çox xoşbəxt idilər”.

Qadın həmçinin polis əməkdaşlarının vəhşi heyvanlar və ilanlarla bağlı xəbərdarlıqlarına cavab olaraq “Heyvanlar və ilanlar bizim dostlarımızdır. Təhlükəli olan insanlardır”, ifadəsini işlədib.

Nina Kutinanın sözlərinə görə, o, mağarada cəmi bir həftə yaşayıb, bundan əvvəl isə Qoa ştatında başqa mağarada məskunlaşıb. Ən kiçik qızının da məhz həmin mağarada dünyaya gəldiyi bildirilir.

Məlumata görə, ailə sərt havalara əvvəlcədən hazırlaşıb, quru ərzaq ehtiyatı toplayıb və mağaranı yaşamaq üçün uyğunlaşdırıb. Onlar yatmaq üçün plastik örtüklərdən, yemək hazırlamaq üçün isə odun və kiçik qaz balonundan istifadə ediblər.

Gündəlik həyatları əsasən yoqa, mantra oxumaq, mahnı oxumaq, rəsm çəkmək, kitab oxumaq və dini ayinlərlə keçib. Mağaranın içərisində rus dilində kitablar, hinduizmə aid heykəlciklər və müxtəlif rəsmlər olub.

Hadisədən sonra daha bir hüquqi mübahisə ortaya çıxıb. Qoa ştatında yaşayan iş adamı Dror Şlomo Qoldşteyn iki qızın atası olduğunu iddia edərək məhkəməyə müraciət edib. O, uşaqların Rusiyaya göndərilməsinin qarşısını almağı və onların qəyyumluğunu almağı tələb edib.

Lakin Hindistan hökumətini təmsil edən hüquqşünaslar Nina Kutinanın Rusiya səfirliyinə müraciət edərək ölkəsinə qayıtmaq istədiyini rəsmən bildirdiyini açıqlayıblar.

İki kızıyla yıllarca mağarada yaşadı ‘Yılanlar ve hayvanlar bizim dostumuzdu’

İki kızıyla yıllarca mağarada yaşadı ‘Yılanlar ve hayvanlar bizim dostumuzdu’

İki kızıyla yıllarca mağarada yaşadı ‘Yılanlar ve hayvanlar bizim dostumuzdu’

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar