DSMF-nin büdcəsi müzakirə olunub
Milli Məclisin gələn ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş bugünkü iclası fasilədən sonra davam etdirilib.
Lent.az-ın məlumatına görə, fasilədən sonra ilk olaraq “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” qanun layihəsi deputatların müzakirəsinə çıxarılıb. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev DSMF-nin 2011-ci il büdcəsinin qanunvericiliyin tələblərinə uyğun hazırlandığını deyib. O, həmçinin sığortaolunanların sanatoriya-kurort müalicəsinin və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərin 13 milyon manatdan 15 milyon manata çatdırılmasını təklif edib.
Millət vəkili Fəzail İbrahimli isə DSMF-nun 2011-ci il üçün büdcəsinin iqtisadi və elmi cəhətdən kifayət qədər əsaslandırıldığını bildirib. Onun sözlərinə görə, layihə Azərbaycan cəmiyyətinin inkişafına uyğun hazırlanıb. Fəzail İbrahimli son illərdə Azərbaycanın sosial təminat sistemində çox ciddi islahatlar aparılmasını, pensiyaların verilməsində müasir standartların tətbiq olunmasını təqdirəlayiq hesab edib.
Elxan SALAHOV

Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33