Azərbaycan əhalisinin sayı 8,820 milyon nəfərdir
Bu ilin aprelin 13-22-də Azərbaycanda aparılan əhalinin siyahıya alınmasının ilkin nəticələri açıqlanıb.
«APA-ECONOMICS»in məlumatına görə, cari ilin I rübün makroiqtisadi göstəricilərinin yekunlarına dair mətbuat konfransında çıxış edən Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev qeyd edib ki, aprelin 22-si axşam saatlarına olan məlumatlara əsasən, Azərbaycanda 8,820 mln. nəfər siyahıya alınmadan keçib: «Hazırda bir sıra xarici ölkədə olan azərbaycanlıların sayı dəqiqləşdirilir. Məsələn, bu yaxınlarda Malayziyada yaşayan 19 nəfər azərbaycanlı siyahıya alınıb».
Qeyd edək ki, cari ilin may ayının ikinci yarısından başlayaraq bir ay ərzində siyahıyaalma vərəqələri DSK-ya təhvil veriləcək. Daha sonra məlumatlar kompüterə keçiriləcək. Nəticədə, ölkənin ayrı-ayrı bölgələri üzrə 10 ədəd, ümumi ölkə üzrə isə 1 ədəd kitabça çap olunacaq. Siyahıya alınma prosesi tamamilə 2010-cu ilin ortalarında başa çatacaq.
Xatırladaq ki, Azərbaycanda siyahıyaalma hər 10 ildən bir keçirilir. Bu ilin aprelin 1-nə isə ölkə əhalisinin sayı 8,753 mln. nəfər təşkil edib.

Oxşar yazılar

"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ: dünya tanınmaz dərəcədə dəyişəcək
8 iyul 2025 , 20:15
Ata 6 yaşlı qızını iki arvadı olan kişiyə satdı
8 iyul 2025 , 19:20
30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?
8 iyul 2025 , 19:07
Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03