Universitetlərimizin saytlarındakı əcaib-qəraib mənzərələr - ARAŞDIRMA
“Prikol”lardan tutmuş, şöhrətpərəstliyə qədər...
Hazırda dünyada internet çox sürətlə inkişaf etdiyindən, bütün ciddi qurumlar bu virtual məkanda öz saytları ilə təbliğ olunurlar. Ancaq deyəsən, hələ “əcnəbilər seyrə balonlarla” çıxsa da, bizim o həddə çatmağımıza çox var. Ali məktəblərimiz də bu məsələdə irəli getməyib. Burada hətta “prikol”lara da, şöhrətpərəstlik elementlərinə də rast gəlmək olar...
Bakı Dövlət Universitetinin (BDU) rəsmi internet saytı (www.bsu.edu.az) tək-tük normal ali məktəblərin saytlarından biridir. Burada BDU-nun tarixindən tutmuş, məşhur məzunlarına qədər məlumatlara rast gəlmək olar.
16 fakültənin hər biri barədə sonu bsu.edu.az-la bitən bloqlar var. Saytın “Xəbərlər” bölməsinə isə mütəmadi olaraq yeni məlumatlar qoyulur. Saytda universitetlə bağlı xeyli məlumat tapmaq olar. Bir sözlə, dizaynı da müsbət mənada diqqət çəkən BDU-nun saytına digər ali məktəblərlə müqayisədə “əla” demək olar. Yeri gəlmişkən, sayt Azərbaycan, rus və ingilis dillərində işləyir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rəsmi internet saytı (www.aseu.az) da üç dildədir. Ancaq BDU-nun analoji resursu ilə müqayisəyə gəlməz dərəcədə pisdir. Saytı kim tərtib edibsə, bir növ “başdangetdi” edib. Dizaynı ilk baxışdan əyləncə saytlarını xatırladan saytın ən gözəgəlimli yerində 2009-cu illə bağlı elan var. Deyəsən, bu, həm də sayta qoyulan sonuncu məlumatdır: “Qlobal maliyyə böhranı: iqtisadi təhlükəsizliyin Azərbaycan modeli və dünya təcrübəsi" 21-22 dekabr 2009-cu il Baynəlxalq konfrans”.
Sonuncudan əvvəlki söz “beynəlxalq” əvəzinə “baynəlxalq” yazılıb. Düzdür, “yüngül səhvdir” deyib keçmək də olar. Ancaq nəzərə alaq ki, məlumat üç aydan çoxdur ki, “Ana səhifə”də “göz deşir”.
Ondan aşağıda isə iri qırmızı hərflərlə bunlar yazılıb: “Bu gün 5 sentyabr 2009-cı il Prezident İlham Əliyev "Təhsil Haqqında" qanunun fərmanına qol çəkib. Yeni Təhsil Qanunun qəbulu münasibəti ilə təbrik edirik! Yeni 2009/2010 tədris ilinizlə təbrik edirik”.
Bunlara şərh verməyə yəqin ki, ehtiyac yoxdur. Şərhə ehtiyacı olan saytdakı “Qayıblar” bölümüdür. Burada “21 May 2007 vəziyyət” sözlərinin altında göstərilənləri isə heç cür başa düşmək olmur ki, şərh də edəsən.
Yazını hazırlayarkən digər universietlərin saytlarına da elə buradan girmək istəyirəm. Çünki ADİU-nun saytında “Linklər - uinversietlər” bölümü var. Buradan bəzi adı göstərilmiş saytlara girmək olmur. Məsələn, Azərbaycan Tibb Universiteti (ATU). Bu universitetin adının üzərinə “klik” etdikdə www.train.ru saytına daxil olursan (ATU-nun saytı barədə daha sonra yazacağıq). Elə Azərbaycan Beynəlxalq Universitetilə (ABU) bağlı vəziyyət də eynidir. Çünki “Azərbaycan Beynəlxalq Universiteti” yazılmış sözlərinə altında www.az/ABU/ linki var ki, bu ünvan da işləmir.
Ancaq “google” vasitəsilə ABU-nun saytını tapıb baxıram. www.abu.az saytı yalnız ingilis dilindədir. Azərbaycan və rus dillərinə keçid üçün işarə qoyulsa da, onlar işləmir. Saytın “Ana səhifəsi”ndə ABU rektoru Elşad Abdullayevin əlində hansısa mükafatı tutan yerdə iri bir şəkli var. Saytın “News” (xəbərlər), “contacts” (əlaqə), “photo album” (fotoalbom) bölümləri sözün əsl mənasında ...boşdur. Hətta forum və “çat” bölməsi də işləmir. Bir sözlə, ABU-nun rəsmi saytının dizaynı nisbətən yaxşı olsa da, oradakı məlumatlarla bağlı vəziyyət bərbad gündədir.
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı şəkil məsələsində ABU-nun rektoru Elşad Abdullayev kimi “tərpənib”, hətta onu da keçib. Saytın (www.khazar.org) “Ana səhifə”sinin düz ortasında rektorun müxtəlif şəkilləri var: təhsil naziri Misir Mərdanovla, Türkiyənin keçmiş səfiri Hüseyn Avni Qarslıoğluyla... Bu və Xəzər Universitetindən çəkilmiş digər şəkillər 3 saniyədən bir dəyişir. Sayt ingilis dilindədir, ancaq Azərbaycan variantı da var.
Saytın sol tərəfindəki “Qısa məlumat”, “Fakültələr”, “Magistratura və doktorantura” və s. kimi 12 bölmə var ki, onlardan yalnız biri işləyir: “Tələbə informasiya sistemi” bölməsi.
Sayta mütəmadi olaraq qısa və əhəmiyyətli olmasa da yeni xəbərlər qoyulur. Saytda ən diqqətçəkən məqamlardan biri “universiet” sözünün “universitə” kimi yazılmasıdır.
Azərbaycan Dillər Universitetinin (ADU) rəsmi saytı (www.adu.edu.az) da “bərbad”lar sırasındadır. Yalnız ingilis dilində fəaliyyət göstərən saytın dizaynı sadəcə ürək bulandırır. Saytın bəzi bölümləri işləmir, bəzilərində isə ümumiyyətlə, heç bir məlumat yoxdur.
Bayaq adını çəkdiyim Azərbaycan Tibb Universitetinin (ATU) rəsmi saytını (www.amu.edu.az) dizaynı nəzərə almamaq şərtilə “ortabablar” sırasına aid etmək olar. Yalnız Azərbaycan dilində fəaliyyət göstərən sayt zəngin olmasa da, hər halda bəzi lazımlı məlumatları tapmaq olar. Bəzi bölümlər isə “Tələbə həyatı, yataqxanalar” bölümü kimi boşdur. Sayt mütəmadi olaraq yenilənmir.
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rəsmi internet saytının (www.adna.baku.az) “Ana səhifəsi”ndə internet ziyarətçilərini rektor Siyavuş Qarayevin şəklilə yanaşı “Əziz dostlar!!” yazısıyla başlayan qısa yazı “salamlayır”. Saytı yüngül desək, məlumatla dolu zəngin resurs saymaq olmaz. Sol tərəfdəki “Son xəbərlər” başlığı altında 2003-cü ildən tutmuş 2010-cu ilə qədər olan məlumatlar “...-ci ilin hadisələri və xəbərləri” başlığı altında verilib. Lakin burada 2008 və 2009-cu illə bağlı məlumatlar yoxdur. Elə bu səbəbdən də saytda 2009-cu il aprelin 30-da ADNA-da baş verən məşhur terror hadisəsilə bağlı bir dənə də məlumata rast gəlmək mümkün deyil.
Düzdür, saytın ingilis dilində olan variantında 2009-cu illə bağlı məlumat var. Ancaq hansısa əcnəbi bir təşkilatın elanıdır. Saytın rus dilində olan variantına baxmağa isə dəyər: burada yazılanlar nəinki rus, heç gürcü əlifbasına da oxşamır.
Odlar Yurdu Universitetinin rəsmi saytına (www.oyu.edu.az) baxanda adama elə gəlir ki, saytı hazırlayan adam professional olsa da, bu işi təmənnasız görüb. Saytı “analoqu olmayan” saymaq olar: “Ana səhifə”nin yuxarı hissəsi ingilis, aşağı hissəsi isə Azərbaycan dilindədir. Saytın guya Azərbaycan, rus və ingilis dillərində olmasına dair keçid mövcud olsa da, bunlar işləmir.
Lənkəran Dövlət Universitetinin (LDU) saytının (www.lsu.edu.az) dizaynı hansısa ucqar rayonun bir dağ kəndində yerləşən bələdiyyənin saytını xatırladır. Sayta mütəmadi olaraq əhəmiyyətli sayılmayan yeni xəbərlər qoyulur. Saytın sol tərəfindəki bölmələrdən biri “Sizcə...” adlanır. Ancaq hazırda həmin səhifə fəaliyyət göstərmədiyindən onun nəmənə olduğunu başa düşmək olmur. Saytda LDU-nun mətbuat xidməti barədə də məlumat var. Ancaq mətbuat xidmətinin əlaqə telefonları və elektron ünvanları göstərilməyib.
Hələlik bu qədər…
Pərvin ABBASOV
[email protected]

1303