Metroda gediş haqqı dəyişdirilə bilər
Tağı Əhmədov: “Bu ay gediş haqqını yenidən hesablayıb, Taarif Şurasına təqdim edəcəyəm”
“Mən keçən ilin oktyabrında Taarif Şurasına Bakı Metropolitenində sərnişin başına daşınma haqqını hesablayaraq, Taarif Şurasına təqdim etmişəm, Taarif Şurasına növbəti belə hesabatı aprel ayında təqdim edicəyəm”.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov söyləyib.
Tağı Əhmədov deyib ki, həmin vaxt hər bir sərnişinin daşınmasının 49,2 qəpiyə başa gəldiyi qeyd olunub və 2010-cu ildə Bakı Metropoliteninin Taarif Şurasına sərnişin daşınmasının 33 qəpiyə başa gəlməsi barədə müraciəti olmayıb: “33 qəpik məsələsi barədə yayılan məlumat əsassızdır. Biz apreldə yenidən qiymətləri hesablayıb, Taarif Şurasına təqdim edəcəyik. Qiymətlərin necə olmasını bu qurum müəyyən edir, biz icraçıyıq”.
Tağı Əhmədov vurğulayıb ki, dünyadakı metrolarla müqayisədə ən ucuz qiymət məhz Bakı Metropolitenindədir: “Düzdür, qiymətlər bahalaşandan sonra sərnişinlərin sayı 20 faiz azalıb. Əvvəllər 5 qəpik olub, indi 15 qəpik olduğu üçün bu, sərnişin azalmasını kompensasiya edir”.

413