Metroda sərnişinlərdən 50 min manat artıq pul yığılıb
Bakı Metropolitenində sərnişinlərin plastik kartlara yükləməsi mümkün olmayan pulları var.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, metroda 20, 50 qəpik, o cümlədən 1 manat yüklənən zaman ya aparatlarda olan problem, ya da sərnişinlərin düyməni vaxtında basmaması nəticəsində kart yüklənmir.
Bunun nəticəsində hazırda Bakı Metropolitenində 50 min manat yığılıb. O, xüsusən 1 manat yüklənməsi zamanı mövcud aparatlarda çoxsaylı belə hallara rast gəlindiyini və bu problemin həlli üzərində çalışdıqlarını söyləyib.
Tağı Əhmədov onu da deyib ki, aparatlarda pul atılandan sonra kart yüklənməzsə, çeki götürərək stansiyadakı xəzinədara yaxınlaşmaq və pulu almaq mümkündür: Əgər çek olmazsa və həmin vaxt xəzinədara bunu sübut etmək mümkün olmazsa, bunun nə vaxt baş verdiyini yazmaq və 1 ay ərzində telefonla Bakı Metropoliteninə müraciət edərək o pulu almaq mümkündür: “Çünki bütün pullar, məlumatlar mərkəzi serverdə olur”.

715