Nazirdən rektorlara tapşırıq
“Hər bir təhsil müəssisənin rəhbəri bu müəssisədə təhsil alan tələbələrin təhlükəsizliyinə cavabdehlik daşıyır və hər kəs bu işin öhdəsindən gəlməlidir”.
Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bu gün keçirilən kollegiya iclasında bildirib. Nazir kollegiya iclasında iştirak edən rektorlara müraciət edərək qeyd edib ki, hər bir təhsil müəssisəsinin rəhbəri öz müəssisəsində təhlükəsizlik tədbirlərini gücləndirmək üçün müvafiq addımlar atmalıdır.
Nazir Moskva metrosundakı partlayışdan sonra Bakıdakı 12 saylı məktəbə də basqının olmasının təsadüfi xarakter daşımadığını deyib. Onun sözlərinə görə, bu cür hallar digər təhsil müəssisələri üçün də ola bilər. Bu səbəbdən də nazir universitet və orta təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verib ki, hər məktəb rəhbərliyi təhsil müəssisəndə təhlükəsizlik tədbirlərini gücləndirsin.
Elxan SALAHOV

399