Mətbuat Şurası “Təzadlar”la məhkəməsi barədə açıqlama yaydı
01 aprel 2010 18:30 (UTC +04:00)

Mətbuat Şurası “Təzadlar”la məhkəməsi barədə açıqlama yaydı

“Şuraya qarşı məhkəmə iddiasının təmin edilməsi barədə informasiyalar həqiqəti əks etdirmir”

Bu gün bəzi KİV-lərdə “Təzadlar” qəzetinin Azərbaycan Mətbuat Şurasına qarşı Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddianın bu məhkəmə instansiyası tərəfindən təmin edildiyinə dair məlumatlar yayılıb. Azərbaycan Mətbuat Şurası bu gün açıqlama yayaraq belə informasiyaların həqiqətə uyğun olmadığını bildirib. Şuradan Lent.az-a daxil olan məlumataa Nəsimi Rayon Məhkəməsində “Təzadlar” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddia üzrə çıxarılan 30 mart 2010-cu il tarixli qətnamənin nəticə hissəsininin fotoşəkli də əlavə olunub.

“Nəsimi Rayon Məhkəməsi 30 mart 2010-cu il tarixdə hakim İkram Şirinovun sədrliyi ilə keçirilən prosesdə “Təzadlar”ın Mətbuat Şurasının rəhbərliyinə qarşı iddiasının təmin edilməməsi ilə bağlı qətnamə çıxarıb” – deyə, məlumatda bildirilib.

Qeyd edək ki, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası ötən ilin sentyabrında keçirilən iclasında Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin müraciətinə əsasən “Təzadlar” qəzetində səfir Hulusi Kılıç barədə gedən yazını müzakirə edərək müvafiq rəy çıxarıb. Həmin rəydə nəşrin məlum materialında peşə prinsiplərinin tələblərinə aşkar sayğısızlıq etdiyi əksini tapıb. Rəydə həmçinin “Təzadlar”ın fəaliyyəti ilə bağlı quruma daxil olan digər şikayət və müraciətlərin motivləri nəzərə alınaraq nəşrin adının Şuranın “qara siyahı”ya salınmasının zəruriliyi göstərilib. MŞ-nin İdarə Heyəti 22 oktyabr 2009-cu il tarixli iclasında həmin rəy əsasında müvafiq qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374

Oxşar yazılar