Azay Quliyev: “Unutmaq bizə baha başa gələ bilər”
01 aprel 2010 11:30 (UTC +04:00)

Azay Quliyev: “Unutmaq bizə baha başa gələ bilər”

“Soyqırımla bağlı filmlərin maliyyələşdirilməsi xüsusi bir siyasətdir”

“Erməni daşnaklarının zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımla bağlı filmlərin Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövulət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilməsi təsadüfi deyil, bu, xüsusi bir siyasətdir”.

Bunu Lent.az-a açıqlamasında Şura sədri Ayaz Quliyev söyləyib.

Ayaz Quliyev bildirib ki, həqiqətlərimizin dünyaya çatdırılması ilə bağlı Azərbaycan yeni bir mərhələyə qədəm qoyub və bu mərhələ çox uğurlu bir şəkildə həyata keçirilir: “Yeni bir hərəkat başlayıb. Bu, ilk növbədə 1998-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla bağlıdır. Həm soyqırımın, həm Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyanın ayrıca bir gündə qeyd olunması, bundan irəli gələn tədbirlərin görülməsi ilə bağlı həmin fərman və sərəncamlarda bir çox məsələlər yer alıb. Bundan sonra prezident İlham Əliyevin bir bəyanatı oldu. Prezident bildirdi ki, biz artıq müdafiədən hücuma keçməliyik. Yəni həqiqətlərimizi açıq və geniş şəkildə dünya ictimaiyyətinə çatdırmalıyıq”.

Şura sədri hesab edir ki, bu, artıq öz effektini verməkdədir: “Əvvəllər pərakəndəlik müşahidə olunsa d, bu işdə bir artıq bir sistemlilik müşahidə olunmaqdadır. Bu sahədə Heydər Əliyev Fondunun gördüyü çox böyük işləri də qeyd etmək istəyirəm. Xocalıya ədalət kampaniyasının başladılması, Dağlıq Qarabağla ən müxtəlif səpgili filmlərin, nəşrlərin hazırlanması bu işə yeni bir nəfəs verdi. Cənab prezidentin 2008-ci ildə məhz Şuranı təsis etməsi, QHT-dərə Dövlət Dəstəyi Konsepsiyasını təsdiq etməsi və bu konsepsiyada QHT-lərə dövlət dəstəyinin əsas istiqamətlərini müəyyənləşdirməsi bizim üçün əsas baza rolunu oynadı”.

Azay Quliyev qeyd edib ki, konsepsiyada yer alan 15 əsas istiqamətin birinci beşliyində məhz Dağlıq Qarabağla, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, bütövlükdə Azərbaycanın haqq davasının QHT sektoru tərəfindən dəstəklənməsi ilə bağlı müddəalar yer alıb: O baxımdan Şura buna təsadüfi bir iş kimi baxmır, sistemli şəkildə bu istiqamətdəki səyləri, layihələri dəstəkləyir. Biz 2 il ərzində 50-dən çox bu cür layihə dəstəkləmişik. 20-yə yaxın sayt yaradılıb, 30-a yaxın kitab işıq üzü görüb. Martın 31-də təqdimatı keçirilən “İrəvan: Danışır canlı şahidlər” filmi də Şura tərəfindən maliyyələşdirilən üçüncü filimdir. Filmdə Qərbi Azərbaycanda baş verən hadisələr, azərbaycanlılara məxsus torpaq və dijər varidat, o cümlədən deportasiyaya məruz qalmış insanların taleyindən bəhs olunur, canlı şahidlər danışırlar. Ciddi tarixi faktlar sadalanıb. “Çanaqqaladan başlanan yol” bu sırada maliyyələşdirdiyimiz ilk filimdir. Burada Azərbaycan türklərinin Türkiyə türklərinə verdiyi dəstəkdən bəhs olunur. İkinci film erməni daşnaklarının Qubada törətdikləri soyqırımla bağlı sənədli “Soyqırım” filmi olub bu filmin də təqdimatı keçirilib. Biz erməni daşnaklarının vəhşiliklərini unutmamalıyıq. Unutqanlığımız bizə baha başa gələ bilər ”.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar