Tərtər Regional Peşə Təlimi Mərkəzinin açılışı oldu
Umud Rəhimoğluna ABŞ Dövlət Departamentinin Özəl Tərəfdaşlıq Proqramının üzvlük nişanı - xüsusi sikkə təqdim edilib
Martın 30-da Tərtər rayonunda ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün peşə təlimi mərkəzinin (PTM) yaradılması” layihəsi çərçivəsində inşa olunan Tərtər Regional Peşə Təlimi Mərkəzinin açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, BAMF-nin sədri, layihənin rəhbəri Umud Rəhimoğlu Tərtər Regional Peşə Təlimi Mərkəzinin yaradılması zərurətindən danışıb: “Tərtər Regional Peşə Təlimi Mərkəzində təlimlərə cəlb olunacaq 64 nəfər ilkin mərhələdə 4 istiqamətdə - xalçaçılıq, reklam-dizayn və mənzil-dekorasiya, çörəkbişirmə və tingçilik peşələrinə yiyələnəcəklər və təlimlər başa çatdıqdan sonra BAMF onların işlə təmin olunmasına dəstək verəcək. Mərkəzdə 3 təlimçi, 1 beynəlxalq məsləhətçi, 2 menecer fəaliyyət göstərəcək. Digər tərəfdən, peşələrə yiyələnmiş müharibədən zərər çəkən insanlar və onların ailə üzvləri, aztəminatlı ailələr, qaçqınlar və məcburi köçkünlər sahibkarlıq fəaliyyətinə başlamaq üçün BAMF-ın təsisçiliyi ilə yaradılan “Avrasiya-Kredit” MMC-nin güzəştli kreditlərindən də yararlana biləcəklər”.
ABŞ Dövlət Departamentinin açılışa qatılan nümayəndəsi xanım Katerin Beyker çıxış edərək, bundan əvvəl də təmsil etdiyi qurumun Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə BAMF tərəfindən bir neçə layihə həyata keçirdiyini deyib.
Binanın açılışından sonra amerikalı qonaqlara kiçik ölçülü xalça hədiyyə verilib.
Tədbirdə Amerikanın Azərbaycandakı səfirliyinin Hərbi Attaşesi Maykl Qant, ANAMA-nın informasiya departamentinin rəhbəri Murad Rəhimov, BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kəbir,habelə müxtəlif beynəlxalq və yerli qurumların nümayəndələri, mina qurbanları və onların ailə üzvləri, qaçqınların və məcburi köçkünlərin, ictimaiyyətin nümayəndələri iştirak edib.
Sonda K.Beyker tərəfindən Umud Rəhimoğluna ABŞ Dövlət Departamentinin Özəl Tərəfdaşlıq Proqramının üzvlük nişanı - xüsusi sikkə təqdim edilib.

737