Uşaq Dəmir Yoluna Azərbaycanda yer tapılmır
31 mart 2010 10:30 (UTC +04:00)

Uşaq Dəmir Yoluna Azərbaycanda yer tapılmır

Bakı Metropoliteninin “Gənclik” stansiyası yaxınlığında bir vaxtlar mövcud olmuş və ötən il sökülmüş Bakı Uşaq Dəmir Yolu üçün Azərbaycanda yer tapılmır. Lent.az-ın məlumatına görə, söküləndən sonra Uşaq Dəmir Yolunun avadanlıqları “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri deposuna yığılıb. 1947-ci ci ildə inşa olunmuş və uşaqlara dəmir yolu vərdişlərini öyrədən bu dəmir yolu üçün ölkə ərazisində bir neçə yer təklif olunsa da, hələ ki, o yerlər münasib sayılmayıb. “Bahar” və “Dədə Qorqud” stansiyalarından ibarət Uşaq Dəmir Yolunun uzunluğu 1300 metr olub.

ADY-nin sədr müavini Qurban Nəzirov isə Lent.az-a açıqlamasında Uşaq Dəmir Yolu üçün Bakıdan kənarda, o cümlədən Gəncə şəhərində bir neçə yer təklif olunduğunu vurğulayıb. Q. Nəzirovun sözlərinə görə, Bakıda bu dəmir yolun qurulması üçün böyük ərazi lazımdır. Amma şəhər ərazisində belə bir ərazi yoxdur.

Lent.az-ın ADY-dəki mənbələrdən əldə etdiyi məlumata görə, avadanlıqlarının köhnə olması, eləcə də mövcud olduğu son illərdə ondan istifadənin və marağın azalması ilə əlaqədar olaraq Uşaq Dəmir Yolunun ümumilikdə ləğv edilməsi məsələsi gündəmdə var. Lakin bu barədə qərar hələ ki qəbul olunmayıb.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar