Veteranlar 65 il sonra yenidən silaha sarılacaq
26 mart 2010 17:00 (UTC +04:00)

Veteranlar 65 il sonra yenidən silaha sarılacaq

Bu ilin may ayında faşizm üzərində qələbənin 65 illiyi münasibəti ilə Azərbaycanda İkinci Dünya Müharibəsi veteranları arasında güllə atıcılığı keçiriləcək. Bu barədə Lent.az-a Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətindən (KHVTİC) məlumat verilib.

Cəmiyyətin təşkilatçılığı ilə keçiriləcək atıcılıq yarışında qoca veteranlar müəyyən məsafədəki hədəflərə tüfəngdən atəş açaraq 65 il əvvəlki atış bacarıqlarını bir daha nümayiş etdirəcəklər. Qalib veteranlara hədiyyələr təqdim olunacaq.

KHVTİC-dən verilən məlumata görə, tədbir keçirilən ərazidə İkinci Dünya Müharibəsi dövründəkinə bənzər səhra şəraiti yaradılacaq, hərbi çadırlar qurulacaq, o dövrün əsgər yeməyi bişiriləcək.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363

Oxşar yazılar