Gəncədə 6 tonluq paxlava kəsildi
19 mart 2010 15:00 (UTC +04:00)

Gəncədə 6 tonluq paxlava kəsildi

Nizami yurdunda Novruz şənliyi keçirilib

Bu gün Gəncədə Novruz bayramı münasibəti ilə ümumşəhər tədbiri keçirilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, səhər saatlarından şəhərin baş meydanını minlərlə insan doldurub. Tədbirdə bayram konserti verilib. Novruzun adət-ənənələri əks olunub, bayram personajlarının ifasında səhnəciklər nümayiş etdirilib. Nəhayət, uzunluğu 15, eni 6 metr, çəkisi 6 ton olan paxlava kəsilib. Şirniyyatın hazırlanmasında 2 ton un, 1,5 ton şəkər, 1 ton kərə yağı, 750 kq qoz, 250 kq hind qozu, 600 litr südddən istifadə olunub.

Paxlava 20000-ə yaxın şəhər sakininə paylanılıb.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461

Oxşar yazılar