Nazir məktəblərdə mətbuat katibliklərinin yaradılmasının əleyhinədir
19 mart 2010 12:16 (UTC +04:00)

Nazir məktəblərdə mətbuat katibliklərinin yaradılmasının əleyhinədir

Misir Mərdanov: “Orta məktəblərdə mətbuat katiblikləri yaratmağın heç bir əhəmiyyəti olmaz”

Təhsil naziri Misir Mərdanov Bakı məktəblərində mətbuat xidmətlərinin yaradılmasını əzəmiyyətsiz sayır.

Lent.az-ın məlumatına görə, bu barədə Misir Mərdanov özü açıqlama verib. Nazir jurnalistlərlə söhbətində deyib ki, Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin özünün mətbuat xidmətləri var: “Bu xidmətlərdən yetərincə məlumat almaq olar. Biz fikirləşirik ki, Təhsil Nazirliyinə edilən müraciətləri daha sistemli araşdırmaq üçün ayrıca “qaynar xətt” xidməti yaradaq. Ola bilər ki, bu, ayrıca şöbə olsun. “Azərcell”-lə danışaraq bu xidmətdən pulsuz istifadə edilməsinə şərait yaradılmasını istəyirik. Davamlı olaraq, gün ərzində 2 nəfər təhsil sahəsi üzrə mütəxəssis daxil olan zəngləri qəbul edəcək və cavablandıracaq”.

Misir Mərdanov bildirib ki, həm Təhsil Nazirliyində, həm də Bakı şəhəri üzrə Təhsil İdarəsində bu imkanların olduğu halda orta məktəblərdə mətbuat katiblikləri yaratmağın heç bir əhəmiyyəti olmaz.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445

Oxşar yazılar