Bəzi universitetlər birləşə bilər
19 mart 2010 12:00 (UTC +04:00)

Bəzi universitetlər birləşə bilər

“Misir Mərdanov: “Eyni sahələr üzrə mütəxəssis hazırlayan ali məktəblərin birləşib-bilməyəcəyi gələcəyin işidir”

“Bu il ali məktəblərə tələbə qəbulu planında ciddi dəyişiklik edilməyəcək. Hələlik ali təhsildə adambaşına maliyyələşmə ilə bağlı ciddi dəyişiklik etməyə tam hazır deyilik”.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov ali təhsildə adambaşına maliyyələşmə il bağlı nəzərdə tutulan dəyişikliklərə dair jurnalistlərin suallarını cavablandırarkən belə deyib. O, qeyd edib ki, gələcəkdə İqtisadi İnkişaf Nazirliyi və dövlət digər qurumları ilə birlikdə ilbəil bu və ya digər ixtisaslara dövlətin ehtiyacları ödəniləcək və bu, ardıcıl olaraq, həyata keçiriləcək. Onun sözlərin görə, bu dəyişikliklərdə məqsəd heç də hansısa ali məktəbin bağlanması və ya bəzi ixtisasların ləğvi deyil.

“Əksinə, bizim məqsədimiz odur ki, ali təhsilin keyfiyyəti yaxşılaşsın. Harada keyfiyyətli təhsil verilirsə, tələbə ora göndərilsin. Əsas məqsəd səmərəliliyi artırmaqdır” – deyə, Misir Mərdanov əlavə edib.

Misir Mərdanov eyni ixtisaslar üzrə mütəxəssis hazırlayan ayrı-ayrı ali məktəblərin gələcəkdə birləşə biləcəyinə dair suallara da aydın gətirib. Nazir bildirib ki, hazırda Azərbaycanda eyni sahələr üzrə mütəxəssis hazırlayan ali təhsil müəssisələri var. Amma onların birləşib-bilməyəcəyi gələcəyin işidir: “Mən indi bu barədə proqnoz verməyə ehtiyat edirəm. Yəqin ki, yeni qaydaların tətbiq olunduğu bir-iki ildən sonra onun nəticələrinin monitorinqini keçirəcəyik. Bundan sonra biləcəyik ki, belə universitetlərin birləşməsinə ehtiyac var, ya yox. Əvvəlcədən qərarın həyata keçirilməsi mexanizmini təmin etmədən proqnoz vermək çətindir”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar