Məhbus günü: “Məni oğlum tutdurdu!...”
Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv fərmanının icrası davam edir. Lent.az-ın əməkdaşı fərmanın icrasını cəzaçəkmə müəssisələrində izləyir, əfv olunan məhkumlardan bəziləri barəsində “Məhbus günü” başlığı altında yazır.
Haqqında yazdığımız bu məhbus həm də yaşlı olmasıyla fərqlənir. Əsədov Əkbər Səməd oğlunun 78 yaşı var və o, bu gün azadlığa çıxan ən yaşlı iki məhbusdan biridir. Sözün düzü, ilk əvvəl əlində əsa olan, ayaq üstə güclə duran kişini görəndə onun məhbus yanına gələn valideynlərdən biri olduğunu zənn etdim. Əslində isə belə deyilmiş...
Əkbər Əsədov 1932-ci ildə Yevlaxda anadan olub. Həbsə düşməsinin isə maraqlı səbəbi var: iki il əvvəl, yəni Əkbər baba 76 yaşında olarkən gəlinini baltalayıb. Əslində, “baltalayıb” sözü ağır gəlir. Elə bu gün təsadüfən onu tanıyan bir adamla söhbətləşdim. Məlum oldu ki, hadisə Əkbər Əsədovun həyat yoldaşı dünyasını dəyişəndən 3-4 ay sonra baş verib. O, kiçik oğlu və gəliniylə bir yerdə yaşayırmış. Gəlini və oğluyla heç yola getmirmiş. Bilmirəm günah oğluyla gəlinində, yoxsa Əkbər kişidə olub; ancaq axırıncı söhbətin son sözünü gəlin deyib. O, Ə.Əsədovun 3-4 ay əvvəl vəfat etmiş arvadının gorunu söyüb. Bu vaxt o, baltayla odun doğrayırmış. Gəlininin bu sözünə hiddətlənib baltayla onu vurur: qadının çiyni yaralanır. Yara o qədər yüngül olur ki, qadın cəmi iki gün xəstəxanada qalıb, evə buraxılır.
Sonradan oğlu və gəlini israrla onun həbs olunmasını istəyir. Ailədə, qohumlar arasında Ə.Əsədovun həbs olunmamasını istəyənlər daha çox olur. Onlar nə qədər “qoca kişidi, bir ayağı burda, bir ayağı gorda” desələr də, gəlin şikayət ərizəsini geri götürmür.
Beləliklə, 2008-ci ilin noyabr ayında Ə.Əsədov həbs olunur. 2009-cu ilin mart ayının 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmüylə 3 il müddətinə azadlıqdan məhrum edilərək ilk məhkumluq həyatını yaşamağa başlayır. Sonradan cəzası 2 ilədək azaldılır.
Ə.Əsədov cəzasının bitməsinə 8 ay qalmış – bu gün azadlığa çıxdı. 6 saylı Cəzaçəkmə müəssisəsinin qarşısında onu qarşılamağa ortancıl oğlu gəlmişdi. Bayaq haqqında danışdığımız və atası arvadını baltayla vurmuş oğlu gəlməmişdi onu qarşılamağa. Heç o özü də bunu istəmirdi: “Mən daha o oğlu görmək istəmirəm. Çünki məni o tutdurub. Gedəcəm o biri oğlum, ya da qızlarım saxlasın məni. Daha nə ömrüm qalıb ki?!”
Pərvin ABBASOV

404