“Elvan” peçenyeləri saxta çıxdı
18 mart 2010 12:45 (UTC +04:00)

“Elvan” peçenyeləri saxta çıxdı

Dövlət Xidməti əhaliyə “Elvan” peçenye və qaletləri almamaq tövsiyə edir

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ticarət şəbəkələrində aparılan yoxlamalar zamanı müəyyən yararsız ərzaq məhsulları aşkarlanıb. Bu dəfə pozuntu halları ar zamanı Sulutəpədə yerləşən “Elvan İrmak Qida Məhsulları” MMC-nin istehsal etdiyi “Elvan” peçenyelərində aşkarlanıb.



Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiribllər ki, yoxlama zamanı “Elvan” əmtəə nişanı ilə istehsal olunmuş şəkərli peçenyelərin və qaletlərin yararlılıq müddətinin 1 il göstərildiyi müəyyən edilib. Normativ-texniki sənədlərə əsasən, şəkərli peçenyelər üçün maksimal saxlama müddəti 3 ay, qaletlər üçün isə 6 aydır.


Malların üzərində göstərilmiş saxlama müddəti normativ-texniki sənədlərdə nəzərdə tutulmuş müddətlərlə uyğun olmadığından Dövlət Xidməti tərəfindən bu qənnadı məmulatlarının istehsal olunduğu “Elvan İrmak Qida Məhsulları” MMC-də yoxlamaya başlayıb. Yoxlama peçenyelərin yararlılıq müddəti ilə bağlı faktlar təsdiqini tapıb. Müəssisə tərəfindən istehsal olunan şəkərli peçenyelərin və qaletlərin saxlama müddətinin məhsulların etiketlərində 12 ay göstərildiyi məlum olub. Həmçinin müəssisənin anbarında satışa hazır məhsulların arasında yararlılıq müddəti 1 ili ötmüş 12 tondan çox məhsul aşkar edilib.


Bundan başqa, müəssisənin anbarında Türkiyədə istehsal olunan “Elvan” əmtəə nişanlı malların qablaşdırılması üçün nəzərdə tutulmuş 1439 ədəd boş qutu da aşkar edilib. Beləliklə, müəssisədə istehsal olunan malların Türkiyədə istehsal olunmuş mal kimi qablaşdırılaraq satışa çıxarıldığı müəyyən olunub, “Elvan İrmak Qida Məhsulları” MMC tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabət hallarına yol verilib.


Qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında olan 100 tondan artıq “Elvan” əmtəə nişanlı malların satışının dayandırılması və ticarət şəbəkələrində olan məhsulların geri qaytarılması barədə “Elvan İrmak Qida Məhsulları” MMC-yə göstəriş verilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Elvan İrmak Qida Məhsulları” MMC tərəfindən istehsal edilən “Elvan” əmtəə nişanlı peçenye və qaletləri almamağı tövsiyə edir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar