Quba və Qusar rayonlarına qar yağıb
Bu gün səhər saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinin Qusar və Quba rayonlarına qar yağmağa başlayıb. APA-nın yerli bürosunun xəbərinə görə, səhər saatlarından yağan yağış sonradan buzlu qara çevrilib. Rayon mərkəzlərinə artıq 2 santimetr qalınlığında qar yağıb. Dağlıq ərazilərdə isə qarın qalınlığı 4-5 sm olub. Hazırda yollar buz bağlayıb. Dağlıq yaşayış massivləri ilə rayon mərkəzinə gediş-gəliş çətinləşib.
578