Gəncədə 90 kv.m-lik 6 ton ağırlığında paxlava hazırlanır
16 mart 2010 16:15 (UTC +04:00)

Gəncədə 90 kv.m-lik 6 ton ağırlığında paxlava hazırlanır

Paxlava martın 19-da kəsiləcək

Hər il olduğu kimi, bu il də Gəncədə Novruz bayramı münasibəti ilə nəhəng paxlava hazırlanır. Gəncə şəhər İcra Hakimiyyətindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, paxlavanın uzunluğu 15 metr, eni 6 metr, çəkisi isə 6 ton olacaq.

Martın 19-da səhər saatlarında Heydər Əliyev adına meydanda Novruz bayramı şənlikləri keçiriləcək, nəhəng paxlava kəsiləcək. Bayram şənliklərində minlərlə insanın iştirakı gözlənilir.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar