Yanan məktəbin bərpasına maliyyə axtarılır
Misir Mərdanov baş nazirə hazırladığı məktuba bu gün imza atacaq
Martın 10-da Bakının Sabunçu rayonunda yanaraq külə çevrilən 67 saylı orta məktəbin bərpası üçün zəruri tədbirlərə başlanıb. Artıq təhsil nəziri Misir Mərdanov Bakıda yanan məktəb binasının bərpa olunması ilə bağlı baş nazirə müraciət edib.
Lent.az-ın məlumatına görə, Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, məktəbin binasının təmir olunması ilə bağlı baş nazir Artur Rəsizadəyə ünvanlanan məktuba bu gün imza atacaq: “Yəqin ki, müvafiq vəsait ayrılacaq və biz həmin məktəbi bərpa edəcəyik. Bərpaya qədər həmin orta məktəbdə təhsil alan şagirdlər yaxınlıqdakı peşə məktəblərində və orta məktəblərdə yerləşdiriləcəklər”.
Elxan SALAHOV

428