1 tona yaxın yararsız məhsul məhv edilib - SİYAHI
Növbəti monitorinqdə 15 mağazada yararsız mallar aşkarlanıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bakı, Sumqayıt və Siyəzən şəhərlərində keçirilən monitorinq zamanı yenə də çoxlu sayda yararsız məhsullar aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı toplanmış yararsız məhsulların hamısı məhv edilib. Həmin mağazaların siyahısı və yerləşdiyi ünvanlar belədir:
Bakının Nizami rayonunda
- B.Nuriyev küçəsi, ev 31 ünvanında Xavər Pənahovaya məxsus supermarketdə;
- B.Nuriyev küçəsi ev 9 ünvanında Barat Məmmədova məxsus mini marketdə;
- R.Teymurov küçəsi, ev 36 ünvanında Rövşən Hüseynova məxsus mağazada;
- C.Naxçıvanski küçəsində “Diana market”də;
- Ş.Mirzəyev küçəsi, 58 ünvanında yerləşən “Life market”də;
- B.Nuriyev küçəsi, 83 ünvanında Şamil Abbasova məxsus mini marketdə;
- C.Naxçivanski küçəsində yerləşən “Fərid market”də;
- Balakişiyev küçəsi, 8 ünvanında Tağı Bağırova məxsus mağazada;
Siyəzən şəhərində
- H.Əliyev küçəsində Rasim Mirzəyevə məxsus mağazada;
Sumqayıt şəhərində
- 10-cu mikrorayonda yerləşən “Azuqə market”də;
- 2-ci mikrorayon, Sülh küçəsində İsa Cabbarova məxsus mağazada;
- 2-ci mikrorayon, Sülh küçəsində Sərvər Hacıyevə məxsus mağazada;
- 32-ci məhəllə, N.Nərimanov küçəsində yerləşən “Karvan market”də;
- 13-cü mikrorayonda yerləşən “Elmir market”də;
- M.Hüseynzadə küçəsi, məhəllə 1 ünvanında yerləşən “Nehrəm market”də;
- 16-cı mikrorayon, Axundov küçəsi, ev 2A ünvanında İlyas Ələkbərova məxsus mağazada.
Monitorinq zamanı ümumi çəkisi 950 kiloqrama yaxın saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan kolbasa, bal, şəkər və qənnadı məhsullar, makaron və un məmulatları, konservləşdirilmiş məhsullar, yağlar, süd və süd məhsulları, balıq məhsulları, pivə, meyvə şirələri, sərinləşdirici içkilər, çay və digər məhsullar satışdan çıxarılıb.
Elxan SALAHOV

531