Şura qərar verdi: 199 QHT-yə 1155090 manat
QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqənin nəticələrini açıqladı
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün QHT-lərə birinci maliyyə yardımı müsabiqəsinin nəticələrini açıqlayıb. Şura 199 təşkilata 1.155.090 manat maliyyə yardımı ayrılması haqda qərar qəbul edib.
Şuradan Lent.az-a bildiriblər ki, ötən il dekabrın 8-də elan edilmiş müsabiqəyə 489 layihə daxil olmuşdu. Şura katibliyinin apardığı ilkin seleksiya zamanı 82 təşkilatın təqdim etdiyi sənədlərdə çatışmazlıqlar aşkar edilib və bu layihələr ekspertizaya göndərilmədən geri qaytarılıb. Bir təşkilat eyni layihəni 2 dəfə verdiyi üçün layihələrdən biri müsabiqədən kənarlaşdırılıb. 406 layihə ekspertizaya təqdim edilib və hər bir layihə iki ekspert tərəfindən qiymətləndirilib.
Fondda bildirirlər ki, katiblik ekspertizadan keçmiş hər bir layihə üzrə arayış hazırlayaraq Şuranın müzakirəsinə təqdim edib. Maliyyə yardımı haqqında son qərarı qəbul etmək üçün Şura ekspertlərin rəyini, təşkilatın potensialını, layihənin aktuallığını və ictimai əhəmiyyətini, habelə tərtib edilmiş büdcənin reallığa uyğunluğunu və əvvəlki müsabiqələrdə QHT-nin Şura ilə münasibətlərinin vəziyyətini nəzərə alıb.
Beləliklə, 2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsinin qalibi olaraq, 199 təşkilat seçilib. QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsi üçün ilkin mərhələdə 903.000 manat vəsaitin ayrılması nəzərdə tutulurdu. Lakin Şura bir sıra layihələrin ictimai əhəmiyyətini və davamlı xarakterini nəzərə alaraq, bu vəsaitin daha 252.000 manat həcmində artırılmasını mümkün sayılıb. Müsabiqə qaliblərinin siyahısı bu gün Şuranın saytına yerləşdiriləcək.
Müsabiqənin nəticələri ilə bağlı apelyasiya müraciətləri 19 mart 2010-cu il saat 16.00-dək Şuranın müvafiq komissiyası tərəfindən qəbul edilir. Maliyyə yardımı ayrılmış QHT-lər müqavilə bağlamaq üçün 1 aprel 2010-cu ilədək (bayram günləri istisna olmaqla) Şuranın katibliyinə müraciət etməlidir. Bu müddətə qədər QHT-nin Şuraya müraciət etməməsi ayrılmış maliyyə vəsaitindən imtina kimi qəbul olunacaq.
Elxan SALAHOV

408