Bayram günlərində qaz, işıq, su olacaqmı? - SORĞU
Bu təsərrüfatlara məsul qurumlar bayram günlərində əhalinin təminatında problem olmayacağını vəd edir
Bayram günlərində əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatında məhdudiyyətlərə yol verilməməsi üçün müvafiq strukturlarda xüsusi tədbirlər görülür. Bu il Novruz bayramı ilə əlaqədar istirahət günlərinin çox olması səbəbindən hazırlıq tədbirləri əvvəlki illərdən əhəmiyyətli şəkildə fərqlənir.
“Bakıelektrikşəbəkə” ASC-dən Lent.az-a bildiriblər ki, bu qurum 9 gün ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Səhmdar Cəmiyyətin mətbuat xidmətinin əməkdaşı Nəsimi Paşayev bildirib ki, bayram günlərində elektrik enerjisinə tələbatın bir qədər çox olacağı gözlənilir. Elə bu səbəbdən də Səhmdar Cəmiyyətin əməkdaşları növbətçilik əsasında çalışacaqlar.
“Bayram günlərində paytaxtın elektrik enerjisi təchizatında hər hansı qəza baş verərsə, dərhal bizim əməkdaşlarımız hadisə yerinə yollanıb, problemi aradan qaldıracaqlar. Həmçinin 199 saylı telefon qəza xidməti də daim işləyəcək. Mümkün qəzaların aradan qaldırılması üçün zəruri avadanlıqlar və ehtiyat hissələri alınıb anbara yığılıb. Bütün maşın və mexanizmlər saz vəziyyətə gətirilib” - deyə, Nəsimi Paşayev bildirib.
Bayram günlərində “Azərsu” Səhmdar Cəmiyyəti də gücləndirilmiş iş rejimində işləyəcək. Əhalinin içməli su il təminatında məhdudiyyətlərə yol verilməməsi üçün artıq dispetçer xidmətinə yazılı xəbərdarlıq məktubu da göndərilib. Məktubda bayram günlərində su xətlərində, təmizləyici qurğularda və paylayıcı şəbəkələrdə baş verə biləcək qəzanın dərhal aradan qaldırılması məqsədilə xüsusi briqadalar yaradılıb.
“Azəriqaz” İstehsalat Birliyi isə bayram günlərində abunəçiləri təbii qazla fasiləsiz təmin etmək üçün yanacağın təzyiqini artıracaq. ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, 9 günlük istirahət dövründə əhalinin təbii qazdan korluq çəkməməsi üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək. Onun sözlərinə görə, artıq Bakıda və regionlarda əhalinin qaza olan tələbatının tam şəkildə ödənilməsi lazımi addımlar atılır.
Bayram günlərində təkcə Bakının yox, digər regionların da elektrik enerjisi təsərrüfatlarına nəzarət gücləndiriləcək. “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev Lent.az-a bildirib ki, bu qurumun regionlardakı şöbələri də növbətçilik əsasında işləyəcək. Onun sözlərinə görə, bayram günlərində bölgələrin elektrik enerjisi təsərrüfatında yarana biləcək qəzaların nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün xüsusi briqadalar ayrılıb. Həmin briqadaları hadisə yerinə vaxtında çatdırmaq üçün nəqliyyat vasitələrinin bölgüsü aparılıb. Həmçinin elektrik enerjisi sistemində baş verəcək qəzaların aradan qaldırılması üçün ehtiyat avadanlıqlar müvafiq şöbələrin ixtiyarına verilib.
Elxan SALAHOV

495