20 mağazada yararsız məhsul aşkarlanıb - SİYAHI
11 mart 2010 20:00 (UTC +04:00)

20 mağazada yararsız məhsul aşkarlanıb - SİYAHI

Mağazaların 19-u təkcə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərir

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı və Sumqayıt şəhərlərini, Dəvəçi rayonunu əhatə edib.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı ümumilikdə 20 mağazada istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların 19-u paytaxt Bakının və Sumqayıt şəhərinin payına düşür. Həmin mağazaların siyahısı və yerləşdiyi ünvanlar belədir:


Bakının Nizami rayonunda:
- C.Naxçıvanski küçəsi, ev 4 ünvanında Məzahim Babayevə məxsus mağaza;
- E.Süleymanov küçəsi, ev 158A ünvanında “Məhəllə market”;
- E.Süleymanov küçəsi, ev 114 ünvanında “Nağıl market”;
- Q.Qarayev prospekti, ev 59A ünvanında “Xəzər market”;
- E.Süleymanov küçəsi, 137 ünvanında Ramin Səfərova məxsus mağaza;
- Babək prospekti, ev 2/4, keçid 815 ünvanında Hüseyn Quliyevə məxsus mağaza;
- İ.Məmmədov küçəsi, 2/4 ünvanında Cəlil Cəbiyevə məxsus mağaza;
- B.Nuriyev küçəsi, 55/57 ünvanında Əhməd Əmirova məxsus mağaza;
- E.Süleymanov küçəsi, ev 158A ünvanında “Azəri market”;


Sumqayıt şəhərində:
- M.Hüseynzadə küçəsi, 1-ci məhəllə, ev 2A ünvanında Fikrət Quliyevə məxsus ərzaq dükanı;
- 26-cı məhəllə, Dostluq küçəsi, ev 45 ünvanında “Ehtibar market”;
- Məhəllə-7,8,12, ev 17A ünvanında “Fəxri market”;
- 9-cu mikrorayon, “Şərq” bazarında “Viləş 98 market”;
- 6-cı mikrorayonda Nişanə Cəfərovaya məxsus mağaza;
- 3-cü mikrorayon, Sülh küçəsində “Ən ucuz market”;
- 17-ci mikrorayon, ev 48-in qarşı tərəfində “Aydan market”;
- 9-cu mikrorayon, ev 29/26 ünvanında “Gülşən market”;
- 10-cu mikrorayon, Koroğlu küçəsində Şamana Həsənovaya məxsus mağaza;


Dəvəçi rayonunda:
- H.Əliyev küçəsində Abbas Quliyevə məxsus mağaza.


Monitorinq zamanı ümumi çəkisi 450 kiloqram saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar