Məktəblərdə mətbuat katiblikləri yaradılır - EKSKLÜZİV
Pilot seçilmiş Nəsimi rayon məktəblərinin mətbuat katibləri ictimai əsaslarla fəaliyyət göstərəcək
Azərbaycanda ilk dəfə olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə ümumtəhsil məktəblərində mətbuat katiblikləri yaradılır. Bunun üçün artıq ilk addımlar da atılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı Lent.az-a bildirib ki, bu gün Nəsimi rayonunda yerləşən ümumtəhsil məktəblərinin direktorları və mətbuat katibləri ilə görüş keçirilib. Mətbuat katibliklərinin yaradılması üçün pilot kimi seçilmiş bu rayonda hazırda 27 məktəb yerləşir. Onun sözlərinə görə, tədbirdə mətbuat katibliyinin funksiyaları bu qurumların rəhbərlərinə və məktəb direktorlarına izah olunub. Sabahdan isə Nəsimi rayonundakı 27 məktəbin hər birinin mətbuat katibləri vəzifələrinin icrasına başlayacaq.
Zəminə Əliqızı bildirib ki, aprelin ilk ongünlüyündə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Mətbuat Şurası ilə birgə tədbir keçirəcək. Tədbirdə təhsil müəssisələri ilə mətbuat vasitələrinin əlaqələri müzakirə olunacaq. Onun sözlərinə görə, bu gündən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsi 3 il əvvəl həyata keçirilən layihənin davamı olaraq, paytaxtın bütün rayonlarını əhatə edən 30 məktəbdə monitorinqlərə başlayıb. Monitorinqlər zamanı məktəblərə müraciət edən KİV-lərin adları qeydiyyata alınacaq və mətbuat Şurası ilə birgə keçiriləcək tədbirdə həmin mətbuat orqanlarının adları ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, mətbuat katibləri hazırda məktəblərdə çalışan laborantlar, psixoloqlar, informasiya-kommunikasiya texnologiyaları ilə işləyə bilən və bu sahəyə maraq göstərən işçilər arasından seçilib. Məktəbdə əvvəlki işlərində çalışmaqda davam edəcək mətbuat katibləri yeni vəzifələrində hələlik ictimai əsaslarla fəaliyyət göstərəcəklər. Müəyyən müddətdən sonra isə onlara əmək qanunvericiliyi əsasında əlavə əməkhaqqı hesablana bilər. Ancaq bu, pilot layihənin nə məktəblərlə mətbuat arasında əlaqələrin inkişafına nə dərəcədə təsir göstərməsindən asılı olacaq.
Elxan SALAHOV

465