“8 Martda pul yığılan məktəbin direktoru işdən çıxarılacaq”
03 mart 2010 15:00 (UTC +04:00)

“8 Martda pul yığılan məktəbin direktoru işdən çıxarılacaq”

“8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycanda hansısa məktəbdə direktor tərəfindən pul yığılması faktı aşkarlanarsa, həmin direktor vəzifəsindən azad olunacaq”.


APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib.


Nazirin sözlərinə görə, artıq onlara bəzi məktəblərdən bununla bağlı müəyyən məlumatlar daxil olur: “Biz bütün bunları qanunsuz hesab edirik və pisləyirik. Müxtəlif adlar altında bunu edənlərin hərəkətlərini qanunsuz hesab edirik. Mətbuatı da bununla bağlı gündəlik izləyirik. Məktəb direktoru bu işlərlə məşğul olarsa, belə hallar aşkarlanarsa, onlar vəzifədən azad olunacaq və müxtəlif intizam tədbirləri görüləcək. Heç kəsin belə bir addım atmağa ixtiyarı yoxdur, xüsusilə də müəllimlərin”.


Nazir ötən il “müəllimlər günü” ərəfəsində də belə faktlar aşkarlandığını və bu işlə məşğul olan şəxslər barəsində müvafiq tədbirlər görüldüyünü açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014

Oxşar yazılar